“İnter”də ciddi kadr çatışmazlığı hiss olunur”
01.05.2010 - 19:21
“İnter”də ciddi kadr çatışmazlığı hiss olunur”
“Çox gərgin qrafikimiz var. Üstəlik, heyətdə bir çox problemlərimiz mövcuddur. Gah süni örtükdə, gah da yaşıl meydanda oynamaq problem yaradır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Unibank Premyer Liqasının XXX turunda öz meydanında “Qarabağ” klubuna 0:1 hesabı ilə məğlub olan paytaxt təmsilçisinin gürcüstanlı çalışdırıcı oyunla bağlı fikirlərini açıqlayıb.

Onun bildirdiyinə görə, futbolçuları ötürmələr zamanı çoxlu səhvlərə yol veriblər: “xüsusilə meydanın mərkəzində xeyli səhvlər buraxdıq. Komandada ciddi kadr çatışmazlığı hiss olunur. Bu mövsüm gərgin keçdiyindən, futbolçular stabil oynaya bilmirlər. Adamiya gözəl qol vurdu və “Qarabağ” layiqli qələbə qazandı”.