"Jestifute" "Neftçi" klubuna kömək edəcək
01.05.2010 - 22:22
"Jestifute" "Neftçi" klubuna kömək edəcək
"Neftçi" klubunun məşqçi-seleksiyaçı Bəxtiyar Musayev Braziliyaya yollanıb. Apasport.az saytının xəbərinə görə, futbolçu seçimi üçün hazırda Koritiba şəhərində olan klub rəsmisi yerli komanda ilə yanaşı, "Botafoqo" və "Flamenqo" komandalarının da keçirəcəyi oyunu canlı izləyəcək.

Bu seçimdə "Neftçi"yə Braziliya və Portuqaliyanın müştərək "Jestifute" şirkəti yardımçı olacaq. Şirkətin prezidenti Lusio Araucunun verdiyi məlumata görə, "Neftçi" rəsmiləri 20-25 gün ərzində futbolçu seçimini davam etdirəcəklər.