Əlvida, “Karvan”!
01.05.2010 - 23:36
Əlvida, “Karvan”!
Unibank Premyer Liqasının XXX turundan sonra I diviziona düşən ilk komanda müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, hesabat turu çərçivəsində Yevlaxda “Olimpik-Şüvəlan”a 0:1 hesabı ilə uduzan “Karvan”ın yüksək liqanı tərk edəcəyi rəsmiləşib.

İndi Yunis Hüseynovun komandası 10-cu yerdə qərarlaşan “Muğan” klubundan 11 xal geri qalır. Sona iki tur qaldığından bu fərqi aradan qaldırmaq mümkün deyil

I diviziona düşəcək digər komanda isə çox güman ki Sumqayıtın “Standard” klubu olacaq.