“Neftçi” ilə oyunda 2 xal itirsək də, Bakıdan başıuca ayrılırıq”
02.05.2010 - 14:59
“Neftçi” ilə oyunda 2 xal itirsək də, Bakıdan başıuca ayrılırıq”
“Biz Bakıya 3 xal qazanmaq üçün gəlmişdik. Ancaq təəssüf ki, istəyimizə nail ola bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun futbolçusu Allan Lalin deyib.

Unibank Premyer Liqasının XXX turunda səfərdə “Neftçi” ilə heç-heçə (0:0) oynayan Lənkəran təmsilçisi ən yaxın izləyicisi “İnter”in məğlub olmasından sonra birinci pillədəki yerini qorudu. Prinsipial görüşdən sonra oyunla bağlı fikirlərini bildirən honduraslı hücumçu “Bakı”dan başıuca getdiklərini deyib: “Neftçi” ilə oyunda 2 xal itirsək də, buradan başıuca ayrılırıq”.