Kamran Ağayev: Ən böyük şans bizdədir
02.05.2010 - 15:23
“Maraqlı və baxımlı oyun oldu. Futbolun inkişafı üçün belə oyunlar lazımdır. Bir futbolçu kimi, belə prinsipial görüşlər mənə xoş gəlir. Məncə, bu qarşılaşmada çatışmayan şey qol idi. Əgər qol olsaydı, daha baxımlı oyun olardı. Qələbə qazanmaq istəyirdik, ancaq təəssüf ki, bu istəyimizi həyata keçirə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun qapıçısı Kamran Ağayev deyib.
Unibank Premyer Liqasının XXX turunda “Neftçi” ilə prinsipial qarşılaşmadan (0:0) sonra fikirlərini bildirən Ağayev kapitanı olduğu Lənkəran təmsilçisinin şanslarını dəyərləndirib: “Hamı bilsin ki, “Xəzər-Lənkəran” 1 nömrədir. İki cəbhədə - həm ölkə kubokunda, həm də çempionatda mübarizəmizi davam etdiririk. Məqsədimiz “qızıl dubl” etməkdir. Futbol oynayırıqsa, çempion da ola bilərik, kuboku da qazana bilərik. Şans məsələsinə gəlincə, hər şey oyunlardan asılı olacaq. Fikrimcə, ən böyük şans bizdədir”.

0
0