Vaqif Cavadovun komandası Hollandiya çempioni oldu
03.05.2010 - 08:56
Vaqif Cavadovun komandası Hollandiya çempioni oldu
Hollandiya çempionatında sonuncu turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun sıralarında olduğu “Tvente” XXXIV turu qələbə ilə başa vurub. Səfərdə “Breda” ilə qarşılaşan Stiv Maklarenin yetirmələri 2:0 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə ölkə çempionu olub. Brayan Ruiz 23-cü, Miroslav Stox isə 74-cü dəqiqələrdə vurduqları qollarla “Tvente”yə qələbə qazandırıb. Vaqif həmişə olduğu kimi, yenə meydana çıxmayıb.

Bu qələbədən sonra hesabında 83 xal olan enshedelilər ən yaxın izləyicisi “Ayaks” üçün əlçatmaz olub. Amsterdam təmsilçisi səfərdə “Neymegen”i 4:1 hesabı ilə məğlub etsə də, bu onlara kömək etməyib. “Ayaks” 82 xalla 2-ci, 6 xal geri qalan PSV isə üçüncü olub.

Qeyd edək ki, yanvarda “Tvente”yə transfer olunan Cavadov əsas heyətdə debüt belə etməyib.