Azərbaycanlı futbolçular üçün uğursuz tur
03.05.2010 - 09:06
Türkiyə çempionatının I dəstəsində növbəti turun oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular üçün XXXIII tur uğursuz alınıb.
Azərbaycan yığmasının oyunçusu Anatoli Ponomaryovun çıxış etdiyi “Orduspor” öz meydanında “Adanaspor”a məğlub olub – 1:2. Oyunun 60-cı dəqiqəsində komandası 1:0 hesabı ilə irəlidə olarkən əvəzlənən 28 yaşlı hücumçu Türkiyə mətbuatı tərəfindən iki ulduzla qiymətləndirilib.
Aşağı yaş qruplarından olan yığmalarımızın sabiq oyunçusu Vitali Kovalyov isə daha pis çıxış edib. Həmkarlarımızın ən aşağı qiymətə - 1 ulduza layiq gördüyü qapıçı “Kartalspor”un “Samsunspor”a məğlubiyyətində əsas pay sahiblərindən olub. Samsunlulara qarşı 90 dəqiqə oynayan Kovalyov 2:3 hesabı ilə uduzduqları matçda 3 qol buraxıb.
Qeyd edək ki, sonuncu tur ərəfəsində “Orduspor” 43 xalla 8-ci, cəmi 2 xal geri qalan “Kartalspor” 13-cü pillədə qərarlaşıb.

0
0