Milli komandamız təlim-məşq toplanışına başladı
03.05.2010 - 09:35
Milli komandamız təlim-məşq toplanışına başladı
Qadınlardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına başlayıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Şamil Heydərov bu gün start götürən hazırlıqlara 22 futbolçu dəvət edib.

Bakıda baş tutacaq toplanışda Aynur Alməmmədova, Yuliya Larionova, Tamilla Bayramova, Mətanət Cəfərova, Könül Əsədova, Pərvanə Mirzəquliyeva, Tünzalə Süleymanova, Gülnarə Süleymanova, Gülyana Güvəndiyeva, Nərminə Məmmədova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Anjela Temirova, Nigar Məlikova, Aybəniz Əsgərzadə, Günel Mütəllimova, Sədaqət Vəliyeva, Təhminə Süleymanzadə, Xəyalə Əzizzadə, Nailə Bəyəliyeva, Oksana Osmanova və Aygün Qırxlarova iştirak edəcək.

Qeyd edək ki, millimizin toplanışı mayın 15-dək davam edəcək.