“Qarabağ” “Liverpul”a şərik oldu
03.05.2010 - 10:20
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Barselona” (İspaniya) bir ay əvvəl olduğu kimi, yenə planetin ən yaxşı komandasıdır.
Hesabında 322 xal olan Kataloniya təmsilçisinin ən yaxın izləyicisi Argentinanın “Estudiantes” klubudur. Cənubi amerikalılar 293 xalla “İnter”i (İtaliya) 20 xal qabaqlayır.
Siyahıda yer alan 354 klub arasında Azərbaycanın yalnız bir təmsilçisi var. Ötən ay 261-ci yerdə qərarlaşan Ağdamın “Qarabağ” komandası 17 pillə geriləyib. Təmsilçimiz Uruqvay klubları “Penyarol” və “Liverpul”, həmçinin, “Liviyanın “Əl-Əhli”, Yunanıstanın “Aris” komandaları kimi 75 xal toplayaraq, 278-ci pillədə yer alıb.
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubu 188,5 xalla 33-cü yerdədir.

0
0