Mahir Şükürov: Getdikcə güllə, qumbara səslərinə uyğunlaşıram
03.05.2010 - 10:42
“Mahaçqalada tək yaşayıram. Subay olduğum üçün məişət problemlərini özüm həll etmək məcburiyyətindəyəm. Bunun da öz gözəlliyi var”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürov deyib.
Bu ilin yanvarından Mahaçqala şəhərində yaşayan 28 yaşlı müdafiəçi Dağıstanda üzləşdiyi maraqlı hadisələrdən danışıb. O bildirib ki, Dağıstanda avtomat və ya qumbara səsləri normal qəbul olunur: “Dağıstanın qeyri-sabit olduğu məlumdur. Evdə oturursan, bir də görürsən ki, kənarda qumbara partladı. Get-gedə buna uyğunlaşıram. Peşəkar futbolçuyuq. Qol çəkdiyimiz müqaviləyə əməl etməliyik”.
Şükürov vurğulayıb ki, “Anji” rəhbərliyi futbolçuların təhlükəsizliyini təmin edib: “Elə bil müharibə şəraitində yaşayırıq. Biz məşq edəndə stadionu silahlı əsgərlər qoruyur. Sanki məşqə deyil, davaya çıxmışıq. Amma kənardakı hadisələri unudub, məşqlərə aludə oluruq. Çünki əsas heyətdə meydançaya çıxmaq üçün çox çalışmaq lazımdır”.
Qeyd edək ki, Mahir Şükürov “Anji”yə Bakının “İnter” klubundan keçib.

0
0