Maklaren Cavadovun gələcək taleyi haqda danışmadı
03.05.2010 - 11:13
“Biz Hollandiya çempionu olmağa layiq idik və buna nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Stiv Maklaren deyib.
Sonuncu turun “Breda” ilə oyununda qazanılan 2:0 hesablı qələbə sayəsində ölkə çempionu adını qazanan enshedelilərin ingilis çalışdırıcısı uğurdan razı qaldığını açıqlayıb. Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente”nin tarixində ilk dəfə belə titul qazanması Maklarenin sevincinə səbəb olub: “Buna çox şadam. Klub rəhbərliyini, futbolçuları, bütün personalı təbrik edirəm. Futbolçularımız bu matça çox rahat çıxmışdı. Hətta bu rahatlığın arxayınlıq həddində olmasından da qorxurdum. Lakin böyük təcrübəyə malik oyunçularımız istədiyimiz nəticəni qazandı”.
Lakin Maklaren gələcəklə bağlı planlarını açıqlamayıb. O, klubda qalıb-qalmayacağını, Vaqif kimi heyətə düşməyənlərin komandada saxlanılıb-saxlanılmayacağını, həmçinin digər məsələlərə aydınlıq gətirmək niyyətində olmadığını bildirib: “Gələcək haqqında danışmaq istəmirəm. Birinci növbədə çempionluqdan doyunca həzz almaq lazımdır”.

0
0