“Neftçi” klubunun yeni baş məşqçisi müəyyənləşdi - FOTO
03.05.2010 - 11:17
Bakının “Neftçi” klubunun əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib. Hesabat turunda “Qarabağ”a səfərdə 1:6 hesablı məğlubiyyətdən sonra istefa verən Nazim Əliyevi İqor Getmanı əvəzləyəcək.
Getman apasport.az saytına açıqlamasında məlumatı təsdiqləyib. Ancaq gənc çalışdırıcı təyinatı haqda danışmaq istəməyib: “Məsələ tam rəsmiləşəndən sonra bu barədə danışarıq. Düzdür, əvəzedici komandaya baş məşqçi təyin edilməyim barədə mənə məlumat verilib. Bu gün müqavilə bağlayıb, komandaya təqdim olunacağam. Bundan sonra rahat fikir söyləyə bilərəm”.
Qeyd edək ki, 39 yaşlı Getman ölkəmizdə yalnız “Neftçi”də oynayıb. Veteran müdafiəçi 2007-ci ilə karyerasını bitirdikdən sonra doğma komandasında qalıb, məşqçi işlədi. Ötən ilin sentyabrında Vaqif Sadıqovun baş məşqçi təyin olunması ilə Getman “ağ-qaralar”dan uzaqlaşdırıldı. Bu il “Neftçi”yə qayıdan İqor seleksiya işləri ilə məşğul idi.

0
0