Stiv Maklaren: Bütün futbolçularla fəxr edirəm
04.05.2010 - 11:06
Həmyerlimiz Vaqif Cavadovun şərəfini qoruduğu Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Stiv Maklarenin müştəriləri artır. Apasport.az saytının məlumatına görə, ingilis mütəxəssisə vətənində “Vest Hem” və Almaniyanın “Volfsburq” klubu təklif irəli sürüb.
Enshede təmsilçisini tarixində ilk dəfə Hollandiya çempionu edən Maklarenin bu uğurdan sonra gedib-getməyəcəyi böyük müzakirə obyektinə çevrilib. Hər halda, Cavadovun məhz Maklarenin transfer etdiyini nəzərə alsaq, qalmasında biz də maraqlıyıq. Milli komandamızın futbolçusu ilə müqavilə bağlayan “Tvente” prezidenti Yop Munsterman da ingilis mütəxəssislə əməkdaşlığı davam etdirəcəklərinə inanır. Maklaren isə tələsik qərar çıxarmaq fikrində deyil: “Hələ gələcək karyeram haqda düşünməmişəm. Bütün diqqətim titul uğrunda mübarizəyə yönəlmişdi. Çempion olduq və mənə həzz almaq üçün hələ bir neçə gün lazımdır. “Tvente”nin tarixə düşməsində daha çox prezidentimizin əməyi var. Məni komandamızın azarkeşlərinin sevinci heyrətləndirdi. Futbolçularımın bu mövsüm qazandıqları ilə fəxr edirəm. Onlar gözəl mentalitetlərinin olduğunu göstərdilər”.
Maklaren bildirib ki, əsas rəqibləri “Ayaks” II dövrədə möhtəşəm oynadığından, böyük təzyiq hiss edirdilər: “Ancaq heç vaxt təşvişə düşməyib, qələbə qazanmaqda davam edirdik. İndi fikirləşəcəyəm ki, bundan sonra nə edim. Əvvəllər karyeramdakı addımları həmişə planlaşdırırdım. Ancaq indi yalnız bir günlə yaşayıram. Hollandiyada hələ sübut etməli şeylərim var. Biz birbaşa Çempionlar Liqasının qrup mərhələsinə çıxdıq. Bu turnir bizim üçün çox əhəmiyyətlidir”.

0
0