Rail Məlikov: Müəlliməmi sevirdim - MÜSAHİBƏ
09.05.2010 - 10:22
Azərbaycan yığmasının və “Neftçi” klubunun müdafiəçisi Rail Məlikovun apasport.az saytına müsahibəsi
- Futbolçular arasında bahalı maşına sahib olanlardan biri də sizsiz. Müsahibələrinizin birində demişdiniz ki, utandığınıza görə bahalı maşın almışınız...
- Bu söhbət olub. Amma maşınımı utandığıma görə deyil, vaxtı çatdığı üçün görə dəyişmişəm. Əvvəlki maşınımı 4 il sürdüm. Sonra pul yığdım və hazırkı maşınımı aldım. Sadəcə, həmin ifadəni zarafatla işlətmişəm. Düzdür, polis bir dəfə mənə dedi ki, adın-sanın var, maşınını dəyiş.
- Ancaq bu, cəmiyyətdə zarafat kimi qəbul olunmadı...
- Niyə? Bəyəm, anadan olan gündən maşın sürürdüm? Sadəlik, insanın baş ucalığıdır. Bayaq dediyim fikri özümdən uydurmamışam. Mənə deyiləni demişəm. Polis tanışım çoxdur. Onlar mənimlə zarafat ediblər. Belə çıxır ki, polis dostum desə ki, get tank al, almalıyam? Öz istəyimlə maşınımı dəyişdirmişəm.
- Yığmanın əsas oyunçularından sayılırsınız. Milli komandanın heyətində kifayət qədər ölkə gəzmisiniz. Bəyəndiyiniz və nə vaxtsa gəzməyə getmək istədiyiniz ölkə olubmu?
- Olub. Lixtenşteynlə oyundan əvvəl Almaniyada toplanış keçirdik. Şəhərin adı yadımda deyil, ancaq çoxlu attraksion var. Avropanın ən böyük attraksionu orada yerləşir. Həmin yer çox xoşuma gəldi. Bu cür attraksionu heç yerdə görməmişdim. Ora gəzməyə getmək olar. Belə götürəndə, çox ölkədə olmuşuq, hər birinin öz yeri var.
- Əksər xarici futbolçular mövsüm başa çatdıqdan sonra yorğunluğunu çıxmaq üçün turizm mərkəzlərinə üz tuturlar...
- Konkret özümdən danışacağam. Son 6 ildə dincəlmək üçün vaxtım olmayıb. Millinin toplanışı, eləcə də yayda avrokubok oyunlarına hazırlıq və oyunlar üzündən istirahətə vaxt ayıra bilməmişəm. Maksimum 3 gün vaxtım olub, onu da evdəkilərlə keçirmişəm. 10 gün boş vaxtım olsa, məmnuniyyətlə, dincəlmək üçün hansısa ölkəyə üz tutaram.
- Bəlkə xəsislik buna mane olur?
- Razı deyiləm. Kifayət qədər futbolçumuz var ki, 3 gün boş vaxtı olan kimi harasa dincəlməyə gedir. Allaha şükür, pis qazanmırıq. Harasa gedib dincəlmək üçün imkanımız var. Əsas problem vaxtla bağlıdır. Bilirəm ki, avrokuboklara vəsiqə qazanan klubların oyunçularının belə imkanı olmur.
- Dil bilməməyinizin buna dəxli varmı?
- Düzdür, ingilis dilini bilməməyimiz bizim mənfi cəhətimizdir. Ancaq harasa gedəndə ünsiyyət qurmağı, nə istədiyimizi başa sala bilirik.
- Hansısa oyundan sonra sizə yaxınlaşıb, eşq elan edən olubmu?
- Çətin sualdır. Əlbəttə, bu situasiya ilə rastlaşmışam. Əksəriyyəti özü yaxınlaşmayıb. Başqasından söz göndərib. Telefon nömrəmi öyrənib, zəng vurub. Ancaq ürəyimdə bir insan var və onu heç vaxt tapdalamaram. Ona görə də, heç biri ilə ünsiyyət qurmamışam.
- Bu məqsədlə sizə zəng vuranları təhqir etmisinizmi?
- Qətiyyən. Sadəcə, vəziyyəti başa salmışam. Ürəyimdə artıq birinin yerinin olduğunu demişəm. Onlar da durumu başa düşüblər. Bilirsiniz, başqasını sevirəmsə, kimin zəng vurub nə deməsinin əhəmiyyəti yoxdur.
- Onda həyat yoldaşınıza ilk məhəbbətinizin olduğunu demə...
- Xeyr, ilk məhəbbətim bağçada olub. Bir qrupda idik. Sonra elə alındı ki, həmin qızla eyni sinifdə oxuduq. Uşaq vaxtı sevdiyim qız çox olub. Bağça müəllimələrimi də sevmişəm.
- Özlərinə demisiniz?
- Hansı yaraşıqlı idisə, ona vurulurdum. Təbii ki, uşaq olduğuma görə, məni çox istəyirdilər.
- Neçə qardaşınız var?
- 3. Böyükdən 10, ortancıl qardaşımdan 8 yaş kiçiyəm. Futbola da onların sayəsində gəlmişəm. Uşaq vaxtı mənə qarşı qızların simpatiyası çox olub. Böyük qardaşlarım da bundan istifadə edib.
- Necə istifadə ediblər?
- Məsələn, gəzməyə çıxanda mən hansısa uşaqla, qardaşım isə həmin uşağı gəzdirməyə gətirənlə tanış olurdu.
- Şou aləmlə aranız necədir?
- Maraqlanmıram.
- Bəs hansı müğənnimizin ifasını bəyənirsən?
- İndiki müğənnilərin heç birini bəyənmirəm. Elə maşında da retro mahnılara qulaq asıram. Bəyəndiklərimdən Akif İslamzadə və İlqar Muradovun adını qeyd edə bilərəm.
- Yeməklə araız necədir?
- Kökəlməyə meylli olmasam da, dadlı yeməkləri xoşlayıram. Ana tərəfim İçəri şəhərdən olduğuna görə, düşbərəni, yarpaq dolmasını ləzzətlə yeyirəm.
- Sakit təbiətli Rail uşaqlıqda da belə olub?
- Əksinə, dalaşqan olmuşam. Buna görə valideynlərimdən tez-tez qulaqburması almışam. Məktəbi bitirdikdən sonra bir qədər sakitləşmişəm. İndi dalaşmağın əleyhinəyəm. Xüsusilə də namaz qılmağa başladıqdan sonra davadan qaçıram. Dalaşmaq günahdır.
- Döyüldüyünüz vaxt çox olub, yoxsa döydüyünüz?
- Təkbətək dalaşan zaman məni döyən olmayıb. Ancaq “kruqa” düşəndə döyülmüşəm. Döyüləndə də heç vaxt evə şikayət etməmişəm. Gizlətməyə çalışmışam. Bir dəfə atam bilib, qardaşlarımı tənbeh edib. Qardaşım da məni həmin uşaqların yanına aparıb və tək-tək dalaşmağımızı istəyib. Heç biri buna cürət etməyib.
- Məktəb illəriniz necə keçib?
- Sinifdə 6 oğlan 15 qız olub. Maraqlı illər idi. Sözün düzü, məktəbdə eşq elan etdiyim qız olmayıb. Amma mənə sevgilərini bildirən qızlar olub.
- İlk maaşınızı nəyə xərcləmisiniz? Məsələn, Belarus mətbuatına açıqlama verən futbolçulardan biri ilk maaşı ilə evinin qapısını dəyişdirdiyini deyib...
- İlk maaşım heç aylıq yol pulumu ödəmirdi. Əksinə, evdən də pul alırdım. Sonradan qazancımız artıqdan sonra ailəmə xərcləməyə başladım.
- Xeyirxahlıq edirsiniz?
- Bir dəfə yığma ilə valideyn himayəsindən məhrum olmuşa uşaqlarla görüşə getdik. Ondan sonra iki dəfə özüm getmişəm. İmkan daxilində əl tutmağa çalışırıq. Adam elədiyini deməz.
- Futbolçuların əksəriyyətinin şəxsi biznesi var. Siz necə, ticarətə başlamısanızmı?
- Hələ yox. Ancaq tezliklə biznesimi yaratmaq istəyirəm. Təbii ki, özüm diqqətimi futbol oynamağa yönəldəcəyəm. Bir əldə iki qarpız tutmaq olmaz. İşləri atama və ya qardaşlarıma tapşıracağam.

0
0