Vüqar Nadirov sentyabrda “bəy” olacaq
11.05.2010 - 16:21
Azərbaycan yığmasının və Ağdamın "Qarabağ" klubunun daha bir futbolçusu subaylığın daşını atmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Vüqar Nadirov ailə həyatı qurmağa hazırlaşır. Futbolçu artıq toyunun vaxtını da müəyyənləşdirib. 23 yaşlı hücumçu üçün "Vağzalı" bu ilin sentyabr ayında çalınacaq.
Qeyd edək ki, Vüqar Nadirovun yaşı az olsa da, "Qarabağ-Azərsun", "Xəzər-Lənkəran", "Masallı", "Karvan" və "Qarabağ" klublarında çıxış edib.
Qeyd edək ki, Vüqar Nadirovun yaşı az olsa da, "Qarabağ-Azərsun", "Xəzər-Lənkəran", "Masallı", "Karvan" və "Qarabağ" klublarında çıxış edib.
0
0