“Xəzər-Lənkəran”ın cəzalı futbolçusu sabah rekord vura bilər
14.05.2010 - 12:35
“Xəzər-Lənkəran” klubunun slovakiyalı müdafiəçisi İvan Pexa Unibank Premyer Liqasının mütləq rekordçusu olmağa yaxındır. Apasport.az saytının məlumatına görə, 24 yaşlı legioner çempionatın arxada qalan 31 turunun hamısında oynayan yeganə futbolçudur.
Ümumilikdə 2752 dəqiqə meydanda olan İvanın sabah “Bakı” ilə ev oyununda meydana çıxmaqla, mütləq rekordçu ola bilərdi. Ancaq ötən tur Ağdamda “Qarabağ”la səfər oyununda (1:2) aldığı 4-cü sarı vərəqə onun cəzalı duruma düşməsi ilə nəticələnib. Bununla, Pexa Lənkərandakı görüşü buraxacaq və deməli, çempionatda bütün oyunlarda meydana çıxan futbolçu olmayacaq.
İvanın rekorduna şərik çıxa bilən 5 izləyicisi var. Ancaq onlardan komanda yoldaşı Kamran Ağayevlə “Neftçi”nin rumın hücumçusu Adrean Neaqa buna nail ola bilməyəcək. Çünki Ağayev də Pexa kimi “Qarabağ”la oyunda cəzalı olduğu üçün “Bakı” ilə görüşü kənardan izləyəcək. Neaqa isə son turda “Qarabağ”la görüşədək “Neftçi”dən qovulan 6 futbolçudan biri oldu. Ancaq çexiyalı Bronislav Çervenka, ukraynalı Ruslan Qunçak və Hüseyn İsgəndərovun oyunlarının sayına 31-ə çatdırmaqda problem yoxdur. Düzdür, Çervenka ilə İsgəndərov son turda 90 dəqiqə oynasalar belə, dəqiqə sayında Pexanı keçməyəcəklər. Yalnız Qunçak buna nail ola bilər. İvan kimi ötən yay ölkəmizə gələn Ruslana dəqiqə baxımından mütləq rekordçu olmaq üçün 72 dəqiqə yetərlidir.
Qeyd edək ki, Belarus çempionu BATE klubundan gələn Pexa çempionatımızda oynayan ilk və hələ ki yeganə slovakiyalı olması ilə futbol tariximizə düşüb.

İvan Pexa (Slovakiya) | "Xəzər-Lənkəran" | 31 oyun | 2752 dəqiqə |
Bronislav Çervenka (Çexiya) | "İnter" | 30 oyun | 1951 dəqiqə |
Adrian Neaqa (Rumıniya) | "Neftçi" | 30 oyun | 2574 dəqiqə |
Ruslan Qunçak (Ukrayna) | "Simurq" | 30 oyun | 2681 dəqiqə |
Hüseyn İsgəndərov | "Turan" | 30 oyun | 2604 dəqiqə |
Kamran Ağayev | "Xəzər-Lənkəran" | 30 oyun | 2700 dəqiqə |
0
0