“Bakı”: “Xəzər-Lənkəran” üçün arzuolunmaz rəqib - STATİSTİKA
14.05.2010 - 13:49
Çempionluğa ən real namizəd olan “Xəzər-Lənkəran” klubu sabah Unibank Premyer Liqasının son turunda arzuolunmaz rəqiblə görüşəcək. Apasport.az saytının hesablamalarına görə, “Bakı” hazırda çempionatımızın vahid lideri olan Lənkəran təmsilçisinə səfərdə ən çox qalib gələn komandadır.
Son ölkə çempionu lənkəranlılarla 6 ildir keçirdiyi görüşlərdə onun meydanında 3 dəfə qələbə qazanmaqla, rekordçudur. “Bakı” hətta “Xəzər-Lənkəran”ı səfərdə 2 dəfə yenən həmşəhərliləri “Neftçi”dən də bu göstəricidə üstündür. “Zolaqlılar” iki dəfə buna ölkə kubokunda, bir dəfə çempionatda nail olub. Çempionatdakı qələbə “Xəzər-Lənkəran”ın ilk vaxtlar ev oyunlarını keçirdiyi Cəlilabadda, ölkə kubokundakılar isə sabah görüşəcəkləri mərkəzi stadionunda qazanılıb. Özü də maraqlıdır ki, hər üç qələbə eyni hesabla olub – 1:0.
2004-cü ildə yaranan “Xəzər-Lənkəran” 6 illik tarixi ərzində ev komandası kimi güclü olduğunu sübut edib. Cənub klubu həm 2004/05, həm də 2006/07 mövsümündə öz meydanında heç vaxt uduzmayıb. “Bakı” “Xəzər-Lənkəran”a Cəlilabadda qalib gəlməklə, rəqibin tarixinə düşüb. Belə ki, “zolaqlılar” “ağ-yaşıllar”ı səfərdə üstələyən ilk Azərbaycan komandası kimi tarixə düşüb.
“Bakı”nın 2 il sonraya təsadüf edən ikinci səfər qələbəsi də əlamətdar olub. Belə ki, Lənkəran mərkəzi stadionunda qalib gələn ilk komanda adını qazanan bakılılar ölkə kubokunda da bunu bacaran birinci komanda oldu. Ümumiyyətlə, kubok oyunlarında yalnız “Bakı” səfərdə “Xəzər-Lənkəran”a qalib gəlib. Onun buna iki dəfə imza atması da rekorddur.
Qeyd edək ki, “Xəzər-Lənkəran” sabah “Bakı”ya qalib gələ bilsə, 2-ci çempionluğunu qazanacaq.
“Bakı”nın “Xəzər-Lənkəran”la səfərdə keçirdiyi oyunlar
2004/05 mövsümü
XX tur
23 fevral
“Xəzər-Lənkəran” – “Bakı” – 2:0
Cəlilabad. Şəhər stadionu
2005/06 mövsümü
II tur
22 avqust
“Xəzər-Lənkəran” – “Bakı” – 0:1
Cəlilabad. Şəhər stadionu
2006/07 mövsümü
IV tur
26 avqust
“Xəzər-Lənkəran” – “Bakı” - 1:0
Lənkəran. Mərkəzi stadion
Azərbaycan kuboku, 1/4 final mərhələsi
Cavab görüşü
4 mart
“Xəzər-Lənkəran” – “Bakı” – 0:1
Lənkəran. Mərkəzi stadion
2007/08 mövsümü
XXIII tur
4 may
“Xəzər-Lənkəran” – “Bakı” – 0:0
Lənkəran. Mərkəzi stadion
2008/09 mövsümü
XXII tur
18 aprel
“Xəzər-Lənkəran” – “Bakı” – 3:0
Azərbaycan kuboku, 1/4 final mərhələsi
İlk oyun
25 fevral
“Xəzər-Lənkəran” – “Bakı” – 0:1
2009/10 mövsümü
I tur
25 noyabr
“Xəzər-Lənkəran” – “Bakı” – 1:1
“Xəzər-Lənkəran”ın daxili miqyasda ev məğlubiyyətləri
Çempionat
22.08.2005. “Bakı” 0:1
17.09.2005. “Şahdağ-Samur” 1:2
18.12.2005. “Neftçi” 0:1
10.11.2007. “Neftçi” 0:1
09.11.2008. “İnter” 2:4
23.11.2008. “Qarabağ” 1:3
03.05.2009. “Qəbələ” 1:2
Kubok
04.03.2008. “Bakı” 0:1
25.02.2009. “Bakı” 0:1
Mehman SÜLEYMANOV

0
0