Zeynal Məmmədov: Qızıldan sonra gümüş medalın ləzzəti o qədər çox deyil
16.05.2010 - 11:53
“Altılığ”a sıfır xaldan başlasaydıq, çempion olardıq. Qızıldan sonra gümüş medalın ləzzəti bir o qədər çox olmasa da, ən əsası odur ki, komanda öz adını qorudu. Biz Lənkəranda layiqli mübarizə apararaq, qələbə qazandıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib.
Ötən mövsüm Azərbaycan çempionu olan paytaxt təmsilçisi bu dəfə gümüş medalla kifayətləndi. Həmin çempionluğu qazanan makedoniyalı Qyoko Hacıyevski ilə mövsümün, onu əvəzləyən türkiyəli Bülənt Korkmazla “altılığ”ın əvvəlində vidalaşan “Bakı” çempionatı gənc çalışdırıcı Cüneyt Biçərlə bitirdi. Məmmədov belə mövsümdən sonra qazanılan 2-ci yeri yaxşı nəticə sayır: “Mövsüm ərzində üç baş məşqçi, 15 yeni futbolçu ilə işlədik. Bizim üçün belə ağır çempionatda 2-ci olmaq həqiqətən böyük uğurdur. Buna kölgə salmaq olmaz. Ancaq çox heyf olsun ki, yenə çempion ola bilmədik. Bizə 1 xal, heç-heçə lazım idi ki, titulumuzu qorumaq üçün “qızıl oyun”a vəsiqə qazanaq. Ancaq “Qəbələ” və “Neftçi” ilə ev oyunlarında vacib xallar itirdik. Hər iki görüşdə 1:0 hesabı ilə irəlidə olsaq da, sonda buraxdığımız qolla qələbəni əldən verdik. Xüsusilə “Neftçi” ilə görüşdə 88-ci dəqiqədə buraxdığımız qola, Qəbələdən 1 xal da gətirə bilməməyimizə çox heyfsiləndim”.
Baş menecer növbəti hədəflərinin tarixlərində ikinci dəfə Azərbaycan kubokunu qazanmaq olduğunu bildirib: “Biz Lənkəranda göstərdik ki, axıra kimi mübarizə aparırıq. “Xəzər-Lənkəran”la mayın 23-də final oyununda da qalib gəlmək üçün sona kimi oynayacağıq. Biz kuboka da iddialıyıq. Çalışacağıq ki, kuboku öz muzeyimizə aparaq. Belə baxanda, mükafatsız qalmadıq, gümüş medal qazandıq. Ancaq fikrimcə, Azərbaycan kubokunun qazanmaq daha dəyərli ola bilər. Ona görə də buna sona sahib çıxmaq sona kimi vuruşacağıq”.
Qeyd edək ki, “Bakı” debüt mövsümündə (2004/2005) Azərbaycan kubokunu qazanıb.
Mehman SÜLEYMANOV

0
0