“Mən qəhrəman deyiləm” - MÜSAHİBƏ
16.05.2010 - 14:55
“Bakı” klubunun xorvatiyalı yarımmüdafiəçisi Aleksandr Şoliçin apasport.az saytına müsahibəsi
- “Xəzər-Lənkəran”la oyunda qələbə topunun müəllifi oldunuz. Özünüzü görüşün qəhrəmanı sayırsınız?
- Yox, belə deməyim düzgün çıxmaz. Çünki oyunun qəhrəmanı bütün komandadır. Meydanda çox yaxşı mübarizə apardıq, var gücümüzü ortaya qoyduq. Həm də “Bakı” sübut etdi ki, təmiz futbol oynayır. Yeganə üzücü şey çempion ola bilməməyimizdir.
- Əsas hansı xal itkisinə görə üzülürsünüz?
- Məncə, “Qəbələ” ilə ev oyunundakı xal ikisi həlledici oldu. Həmin görüşdə qələbəyə çox yaxın idik. Hesabda 1:0 irəlidə olduğumuz vaxt yüz faizli qol imkanını qaçırdıq və sonradan bunun acısını çəkdik. Nəticədə oyun 1:1 hesabı ilə bitdi. Həmin görüşdə 2 xal itkisi olmasaydı, indi çempion idik. Düzdür, indiki çempion “İnter”in də çox xal itkisi oldu. Bu komandaya kubokda olduğu kimi, qalib gələ bilərdik. Ancaq hər iki oyun heç-heçə nəticələndi. Yəqin ki, belə olmalı imiş, qismətdən qaçmaq olmaz.
- “İnter”in çempionluğu haqda nə deyərdiniz?
- Problem yoxdur, elə 2-ci yer də bizim üçün yaxşıdır.
- Yəni gümüş medalı yaxşı nəticə sayırsınız?
- Bəli, çox yaxşıdır. Çünki çətin mövsüm keçirdik, üç baş məşqçimiz oldu. Cari mövsümdə komandaya mən də daxil olmaqla, ümumilikdə 15 yeni futbolçu gəldi. Belə olan halda, bizim üçün çətin çempionat keçdi. Ancaq bunun müqabilində sonda mükafatsız qalmamaq yaxşı göstərici sayılmalıdır.
- Bundan sonra “Xəzər-Lənkəran”a Azərbaycan kubokunun finalında qalib gəlmək asan, yoxsa çətin olacaq?
- Asan olmayacaq. Hər halda, Lənkərandakı kimi oynasaq, yenə qalib gələ bilərik. Çalışacağıq ki, kuboku qazanaq.
- Son çempionun çempionatı titulsuz başa vurmamağının vacib olması Azərbaycan kubokunu qazanmağınızın dəyərini artırır...
- Mən də bununla razıyam. Düşünürəm ki, mövsümü titulla başa vurmalıyıq. Şəxsən mən bunu, Azərbaycan kubokunu qazanmağı çox istəyirəm. Çünki bu, Azərbaycanda oynadığım birinci ildir və debüt mövsümündə titula sahib çıxmaq mənim üçün çox yaxşı olardı.
Mehman SÜLEYMANOV

0
0