PFL “Gəncə”yə 100 min manat verəcək
17.05.2010 - 11:50
Azərbaycan çempionatının I divizionunda mükafatçılar məlum olub. Apasport.az saytının məlumatına görə, sonuncu XXII turun oyunları ilə başa çatan birinciliyin qalibi adını “Gəncə” klubu qazanıb.
Kiçik qızıl medallara sahib olacaq qərblilər ikinci pillənin sahibi olan MOİK-i yalnız şəxsi oyunların nəticələrinə görə (1:0, 1:1) arxada qoyub. Üçüncü pilləni isə “Bakılı” tutub. Əvvəlcədən açıqlandığı kimi, Peşəkar Futbol Liqası (PFL) qalib kluba 100, ikinci yerin sahibinə 70 min manat mükafat verib. Lakin bu paralara sahib çıxan “Gəncə” və MOİK-in taleyi hələ də qeyri-müəyyənlikdədir. Belə ki, növbəti mövsümün formatı təsdiqlənmədiyindən bu klubların Premyer Liqaya çıxıb-çıxmayacağına hələ də aydınlıq gəlməyib.
Qeyd edək ki, yarışların əsasnaməsinə uyğun olaraq “Gəncə” və MOİK gələn il Premyer Liqada oynamalıdır. Lakin AFFA-nın İcraiyyə Komitəsinin çempionatın formatını müzakirəyə çıxarması dəyişikliklərin mümkünlüyünü göstərir.

1 | "Gəncə" | 22 | 14 | 5 | 3 | 51-15 | 47 |
2 | MOİK | 22 | 15 | 2 | 5 | 48-25 | 47 |
3 | "Bakılı" | 22 | 14 | 1 | 7 | 41-19 | 43 |
4 | "Neftçi İSM" | 22 | 12 | 3 | 7 | 38-26 | 39 |
5 | MKT "Araz" | 22 | 11 | 5 | 6 | 41-29 | 38 |
6 | "Rəvan" | 22 | 11 | 4 | 7 | 32-28 | 37 |
7 | ABN "Bərdə" | 22 | 11 | 3 | 8 | 31-23 | 36 |
8 | "Şahdağ" | 22 | 8 | 8 | 6 | 33-24 | 32 |
9 | "Anşad-Petrol" | 22 | 5 | 2 | 15 | 25-61 | 17 |
10 | "Energetik" | 22 | 3 | 6 | 13 | 24-51 | 15 |
11 | "Ədliyyə" | 22 | 3 | 5 | 14 | 16-40 | 14 |
12 | "Göyəzən" | 22 | 1 | 4 | 17 | 16-55 | 7 |
0
0