“Qiyamçı” futbolçular “Neftçi” klubuna qayıtdılar
17.05.2010 - 12:20
Bakının “Neftçi” klubu iki futbolçusunu geri qaytarıb. Apasport.az saytının məlumatına görə, başa çatan mövsümdə “Karvan”da icarə əsasında çıxış edən Cavid İmamverdiyevlə Orxan Həsənov məxsus olduqları paytaxt komandasına qayıdıblar.
Hər iki futbolçu cari birinciliyin əvvəlində Yevlax klubuna aparılmışdı. Orxan mütəmadi oynasa da, Cavid uzun müddət zədədən əziyyət çəkmişdi.
Qeyd edək ki, Cavidlə Orxan da qiyamçı futbolçulara qoşulub. Belə ki, bu iki futbolçu da son turlarda "Karvan"a köməkdən imtina edib. Hər iki oyunçu müxtəlif yaş qrupu üzrə millilərə dəvət olunurlar.

- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
- Diomande qərarını verdi - PSJ-yə keçmək istəyir
- Levandovski MLS-ə gedir - “Çikaqo Fayr”la razılaşdı
- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
0
0