Azərbaycanın ən titullu qapıçısı karyerasını bitirir
17.05.2010 - 13:30
“Mən “Bakılı”ya fiziki formamı qaydasında saxlamaq üçün getmişdim. Yoxsa, birinci divizionda nə işim vardı. Azərbaycanın ən böyük klublarında oynamışam”.
Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və "Neftçi"nin sabiq qapıçısı Hüseyn Məhəmmədov deyib.
Məhəmmədov "Bakılı"nın Premyer Liqaya yüksələ bilməməsinə münasibət bildirib: “Hədəfimiz ən güclülər sırasına girmək idi. Amma alınmadı. Nə etmək olar? Bu, qismətdir. "Bakılı" çox zamanlarda elitada oynayıb".
Deyəsən, "Bakılı" Hüseyn Məhəmmədovun son klubu olacaq. Belə ki, Hüseyn futbolçu karyerasını bitirmək qərarına gəlib. 36 yaşlı qolkiper bundan sonra məşqçi kimi çalışmaq istədiyini söyləyib: "20 ilə yaxındır ki, peşəkar futboldayam. Sənətimdən birdən-birə uzaqlaşmaq olduqca ağırdır. Amma çirkinliklər çoxdur, futboldan getmək daha məqsədəuyğundur. Yəqin ki, bu yay qərarımı rəsmən elan edəcəyəm. Qarşıda məni məşqçi həyatı gözləyir. Hiss edirəm ki, özümü buna hazırlamalıyam".
Qeyd edək ki, Hüseyn Məhəmmədov Azərbaycanın ən titullu qapıçısıdır. O, Mahmud Qurbanovdan sonra ölkə çempiona adına ən çox (8 dəfə) layiq görülən futbolçudur. Hüseyn futbolçu karyerası ərzində "Turan", "Kəpəz", "Şəmkir", "Neftçi" "Karvan" "Standard" və "Bakılı"nın formasını geyinib.

0
0