AFFA milli komandaya rəqib tapıb
17.05.2010 - 13:50
AFFA milli komandaya rəqib tapıb
Qadınlardan ibarət Azərbaycan milli komandası Belarusla yoldaşlıq görüşləri keçirəcək. Apasport.az saytının məlumatına görə, Şamil Heydərovun çalışdırdığı yığmamız bu ayın 19-da və 21-də Minskdə meydana çıxacaq.

Həmin oyunlar üçün millimizin heyətinə 19 futbolçu dəvət olunub. Bunlar İradə Quliyeva, Yuliya Larionova, Tamilla Bayramova, Mətanət Cəfərova , Könül Əsədova, Pərvanə Mirzəquliyeva, Tünzalə Süleymanova, Gülnarə Süleymanova, Gülyan Güvəndiyeva, Nərminə Məmmədova, Nərgiz Paşayeva, Sevda Nuriyeva, Günel Mütəllimova, Nigar Məlikova, Aybəniz Əsgərzadə, Sədaqət Vəliyeva, Təhminə Süleymanzadə, Xəyalə Əzizzadə və Aygün Qırxlarovadır.