Əli Yavaş: Qafqazda bunun analoqu yoxdur
17.05.2010 - 14:14
“Bizim tikilməkdə olan futbol akademiyamızdan dünyada cəmi 2 yerdə var. Bu cür infrastruktura İngiltərənin “Çelsi” və “Everton” klubları sahibdirlər. Qafqazda isə bunun analoqu yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” Futbol Akademiyasının direktoru Əli Yavaş deyib.
Artıq il yarımdır ölkəmizdə çalışan türkiyəli mütəxəssis akademiyanın inşası davam etsə də, vəzifəsini həvəslə icra edir. Uzun müddət Türkiyənin ən güclü klublarında biri olan “Qalatasaray”ın uşaq komandasına başçılıq edən və “Cim Bom” üçün ehtiyat qüvvə yetişdirən Əli Yavaş qurulmaqda olan akademiyada uşaqlara təhsil verilməyəcəyini bildirib: “Akademiyada uşaqlara təhsil verilməyəcək. Sadəcə, biz onlara dərslərini yaxşı hazırlamağa yardım edirik, edəcəyik də”.

0
0