Okanla Əmrə yığmadan, Arda “Qalatasaray”dan gedir
18.05.2010 - 09:30
Türkiyə yığmasının futbolçuları Okan Buruk və Əmrə Aşık milli karyeralarını başa vururlar. Apasport.az saytının xəbərinə görə, futbolçular son dəfə mayın 22-də ABŞ-da “Red Bull Arena”da baş tutacaq yoldaşlıq görüşündə “ay-ulduzlu” formanı geyinəcəklər. "Qalatasaray"ın yetirməsi olan Okan Buruk 96 dəfə milli komandanın şərəfini qoruyub. Əmrə Aşık isə 52 dəfə millidə alıb. Hər iki futbolçunun hazırda 37 yaşı var.
Türkiyə mətbuatının yazdığına görə, yığmanın digər üzvü Arda Turan karyerasını İngiltərədə davam etdirəcək. Artıq "Tottenhem" futbolçu ilə ilkin razılığa gəlib. Futbolçu yeni klubunun heyətində ildə 2,3 milyon avro məvacib alacaq. London təmsilçisinin nümayəndələri İstanbula gələrək, "Qalatasaray"la da transferin detallarını müzakirə edəcəklər. Arda Turan əvvəllər müsahibələrində "Liverpul"a transfer olunmaq istədiyini bildirsə də, nədənsə bu keçid reallaşmayıb.

0
0