Azərbaycan çempionunda kütləvi təmizləmə
18.05.2010 - 09:52
Azərbaycan çempionunda kütləvi təmizləmə
Ötən bazar başa çatan Unibank Premyer Liqasının qalibi olan Bakının “İnter” klubu heyətində ciddi islahatlar aparıb. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu 10 futbolçu ilə yollarını ayırıb.

Serbiyalılar – müdafiəçi Milan Zaqoratsla yarımmüdafiəçi Qoran Arnaut və belaruslu hücumçu Vitali Ledenyovun yeni mövsümdə “İnter”də olmayacağı haqda əvvəldən məlumat vermişdik. Bu siyahıda braziliyalı qapıçı Raymundo Vilson, müdafiəçilər - Lübomir Kubitsa, Xəyal Mustafayev, Orxan Məmmədov, yarımmüdafiəçi Ruhid Usubov, hücumçular – Xaqani Məmmədov və uruqvaylı Anhel Qutyerres də yer alıb.

Müqavilə ilə “İnter”ə məxsus olan Xaqani ötən mövsümün ikinci dövrəsini icarə əsasında Yevlaxın “Karvan” klubunda keçirib və anlaşması bitdiyi üçün I diviziona düşən komanda ilə yollarını ayırıb. Ancaq gürcüstanlı baş məşqçi Kaxaber Sxadadze təcrübəli hücumçunun xidmətində maraqlı deyil. Çempion İrandan təklif alan Xaqaninin gedişinə mane olmayıb.

Qeyd edək ki, bu futbolçulardan bəzilərinin müqaviləsi bitib. Bəzilərinin “İnter”lə müqaviləsi olsa da, transferə çıxarılmayıb, qarşılıqlı razılıq əsasında anlaşma pozulub.

Mehman SÜLEYMANOV