İlqar Qurbanov: Mən daha güclü klubda oynamaq istəyirəm
18.05.2010 - 12:12
“İclasda konkret hansı futbolçuların, o cümlədən, mənə gedəcəyim deyilmədi. Adətən belə şeylər kollektivin içərisində deyilmir. Uşaq deyilik ki? Sadəcə, müqaviləsi bitən futbolçulara uğurlar arzulandı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubundan kənarlaşdırılan gənc futbolçu İlqar Qurbanov deyib.
Komandadan uzaqlaşdırılmasına münasibət bildirən 24 yaşlı yarımmüdafiəçi qeyd edib ki, yenidən Türkiyədə oynamaq istəyir: “Uzaqlaşdırılmağım elə məsələdir ki, rəhbərlik müqaviləni uzatmaq, mən isə qalmaq istəmədiyimi deyə bilərəm. Yəni, konkret hansı tərəfinin istəmədiyini demək düzgün deyil. Misal üçün, moldovalı hücumçu Anatoli Doroş da saxlanılmadı. Bəlkə Doroş başqa klubdan yaxşı təklif aldığı üçün qalmaq istəməyib? Konkret mənim məsələm ikitərəfli razılıq əsasında olub. Hələ mövsümün gedişində demişdim ki, müqaviləm bitən kimi “Olimpik-Şüvəlan”dan ayrılıb, Türkiyəyə qayıtmaq istəyirəm. Hamı bunu bilirdi, məsələ hələ əvvəldən rəhbərliklə danışılmışdı”.
Qurbanovun sözlərinə görə, yenidən güclü klubda çıxış etməyi arzulayır: “Mən daha güclü, çempionluğa iddialı klubda oynamaq istəyirəm. “Olimpik-Şüvəlan” yaxşı klubdur, orada yaxşı-pis oynadıq. Bu komandada yaxşı günlərim də olub, pis günlərim də. İndi durub, “Olimpik-Şüvəlan” haqda nəsə deməyim düzgün çıxmaz”.
Ailəsinin yaşadığı Türkiyəyə getməyə hazırlaşan Qurbanov 6 gün sonra səfərə çıxacağını bildirib. Futbolçu yenidən qardaş ölkədə oynamaq istəsə də, hələ konkret təklif almayıb: “Menecerlərin sözlərinə görə, Türkiyədə oynamaq variantı var. Bu, həm Superliqa, həm birinci liqada ola bilər. Ancaq yüz faizli bir şey yoxdur. Öz klublarımızdan da təklif almamışam. Çempionat yeni bitib. Əgər belə bir şey olarsa, ola bilsin ki, Türkiyəyə getmədim. Gələcək karyeramla bağlı tələsik qərar çıxarmaq istəmirəm. Bunu milli komandaya qayıtmağa görə edirəm. Vətəndə oynayanda daha çox göz qabağında olursan. Gərək bir-iki həftə fikirləşim”.
Mehman SÜLEYMANOV

0
0