Çempionumuz seçim edir: Türkiyə, Bolqarıstan, yoxsa Avstriya?
18.05.2010 - 12:34
Bakının “İnter” klubu üç ölkə arasında seçim edəcək. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu yeni mövsümə təlim-məşq toplanışını Türkiyə, Bolqarıstan və ya Avstriyada keçirəcək.
Paytaxt təmsilçisi bu ölkələrdən yalnız Avstriyada təlim-məşq toplanışında olmayıb. İyunun 7-də bir araya gələcək “bankirlər” daha çox fiziki hazırlıqla bağlı ilk mərhələni bölgələrimizdən birində keçirəcək. Bununla bağlı hələ seçim edilməyib. İyunun 13-də Bakıya qayıdacaq komanda iki gün sonra xaricə üz tutacaq. “İnter”in xarici ölkədən hazırlıqdan qayıtma tarixi püşkatmadan asılı olacaq.
Belə ki, çempion iyunun 21-də Çempionlar Liqasının (ÇL) püşkün nəticəsində ilk oyunu səfərdə keçirsə, həmin görüşə az qalmış hazırlıq keçdiyi ölkədən birbaşa ora yollanacaq. Əgər “İnter” ölkəmizi təmsil edəcəyi ÇL-də II təsnifat mərhələsində ilk oyunu evdə keçirməli olsa, görüşə təxminən bir həftə qalmış vətənə dönəcək.
Qeyd edək ki, “İnter” ÇL-də ilk oyununu iyulun 13-14-də, cavab görüşünü bir həftə sonra keçirəcək.

0
0