Mateus vurdu, Məmmədov baxdı
19.05.2010 - 09:48
Mateus vurdu, Məmmədov baxdı
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin startı verilib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk turunda Azərbaycan da təmsil olunub.

Belə ki, Portuqaliya və İsveçrə yığmalarının qarşılaşmasının hakimlərindən biri həmyerlimiz Orxan Məmmədov olub. O, qazaxıstanlı Artyom Kuzinin idarə etdiyi qarşılaşmada avstriyalı Roland Brandtnerlə yanaşı, laynsman funksiyasını yerinə yetirib. Görüşün dördüncü hakimi isə latviyalı Vadim Direktorenko olub. Məmmədov portuqaliyalıların 3:0 hesablı qələbəsinin şahidi olub. Pireneylilərin qollarını Rikardo Esqayo, Mateus Fonseka və Bruma vurublar.

Qeyd edək ki, çempionat unikal hadisə ilə də yadda qalıb. Meydan sahibi kimi birbaşa final mərhələsinə çıxan Lixtenşteyn həlledici görüşlərdə oynamaqdan imtina etdiyi üçün onları Fransa əvəzləyib. “Cırtdan”lar bunu 0:30 hesabı ilə uduzmaqdan sığortalanmaq üçün ediblər.