Əvvəl şou, sonra futbol
19.05.2010 - 10:01
Əvvəl şou, sonra futbol
Azərbaycan kubokunun final oyununda təşkil olunacaq şounun proqramı açıqlanıb. Apasport.az saytının məlumatına görə, mayın 23-də keçiriləcək “Bakı” – “Xəzər-Lənkəran” qarşılaşmasından əvvəl konsert verəcək ifaçıların siyahısı dəqiqləşib.

Saat 18:45-də başlayacaq proqramda məşhur müğənni Röya ilə yanaşı, "Dəyirman" və "Host" qrupları da çıxış edəcəklər. 75 dəqiqə davam edəcək konsertdən sonra final matç başlayacaq və ardından lotereya keçiriləcək.

Qeyd edək ki, azarkeşlər oyundan sonra “Nissan Sunny” avtomobilinin və digər qiymətli hədiyyələri udmaq imkanı qazanacaq.

Mənbə: pfl.az