Azərbaycan çempionatının oyunlarında hakimlərin sayı artırıla bilər
19.05.2010 - 13:04
Azərbaycan milli çempionatının oyunlarında hakimlərin sayı artırıla bilər. Apasport.az saytının məlumatına görə, Avroliqada başa çatan mövsümdə eksperiment edilən bir oyunda 6 hakim praktikası Unibank Premyer Liqasında tətbiq edilməsi gündəmə gəlib.
Məlum olduğu kimi, 4 nəfərdən ibarət briqadaya əlavə edilən 2 hakim cərimə meydanlarında baş verən qayda pozuntularını qeyd almaqda baş hakimə kömək edirdi. Futbol Assosiasiyalarının Beynəlxalq Komitəsi (FABK) bu eksperimentin daha iki il uzadılması ilə bağlı çıxardığı qərara əsasən, 6 konfederasiyadan və FİFA-nın 208 üzvündən hər biri gələcəkdə bunu yoxlamaq hüququna malikdir. Bunun üçün FABK ilə məsələni razılaşdırmaq lazımdır. Yaxın günlərdə FİFA-nın bütün üzvləri, o cümlədən AFFA-ya bununla müvafiq sirkulyar məktub göndəriləcək. FABK icazəni bu ilin iyulun sonuna kimi verəcək.

- “Napoli” Premyer Liqa klublarına "yox" dedi
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- Ronaldodan Mbappeyə tərif: "Mənə öz dövrümü xatırladır"
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
0
0