Ruslar Emin Mahmudovu Mahir Şükürovdan yaxşı saydı
19.05.2010 - 13:22
Azərbaycanlı futbolçu Emin Mahmudov Rusiyada ən yaxşılardan sayılıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu “Sport-Ekspress” qəzeti hazırda fasilə yaranan Premyer Liqanın cari mövsümündə ən diqqəti çəkən debütantların siyahısı tərtib edib. Siyahıya “Saturn” klubunda çıxış edən 18 yaşlı soydaşımız da düşüb.
14 nəfərin yer aldığı siyahının yarısını yerli, yarısını əcnəbi futbolçular təşkil edib. Emin Lənkəranda anadan olsa da, Rusiya vətəndaşlığını daşıyır. Bu üzdən yerli futbolçu sayılan yarımmüdafiəçi cari çempionatda dördü əsas heyətdə olmaqla, 5 oyun keçirib və 1 sarı vərəqə alıb.
Fərqləndirilən əcnəbilər arasında da soydaşımız var. Belə ki, Rusiyada debüt ilini keçirən Aleksandr Əliyev yeni legionerlərin siyahısına başçılıq edir. “Sport-Ekspress”in ötən ay postsovet məkanında ən yaxşı futbolçu seçdiyi Əliyev Moskvanın “Lokomotiv” klubunun heyətində 10 oyunun hamısında əsas heyətdə meydana çıxıb və vurduğu 7 qolla bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, milli komandamızın futbolçusu Mahir Şükürov da cari mövsümün debütantıdır. Ancaq Mahaçqalanın “Anji” klubunun 28 yaşlı legioneri rus həmkarlarımızın diqqətini cəlb etməyib.

0
0