Luis Felipe Skolari Azərbaycanı göstərdi
19.05.2010 - 13:46
Luis Felipe Skolari Azərbaycanı göstərdi
“Özbəkistan Qazaxıstan və Azərbaycan kimi Avropada çıxış etsəydi, futbolun inkişafı daha çox olardı”. Apasport.az saytının xəbərinə görə, bunu məşhur braziliyalı mütəxəssis Luis Felipe Skolari deyib.

Hazırda “Bunedkor” klubunu çalışdıran Skolari Özbəkistan futbolunun inkişafından danışarkən, Azərbaycandan misal çəkib: “Əlbəttə, Azərbaycan və Qazaxıstan da ilk vaxtlar çox oyunları uduzardılar. Ancaq bununla belə, Özbəkistan dünyanın ən yaxşı komandaları ilə birbaşa təmasda olsaydı, Azərbaycan və Qazaxıstan kimi çox şey öyrənərdi. Onda Özbəkistan futbolunun inkişaf addımları əhəmiyyətli dərəcədə sürətli olardı”.

Qeyd edək ki, Skolari Portuqaliya millisinin baş məşqçisi kimi Azərbaycana gəlib. Onun komandası AÇ-2008-nin seçmə mərhələsində yığmamızı Bakıda 2:0, Portuda 3:0 hesabı ilə məğlub edib. Amma Skolari millimizlə Bakıdakı görüşdə cəzalı olduğu üçün texniki zonada yer ala bilməmişdi.