Yığmamızın baş məşqçisi: Qrupda mütləq birinci yeri tutmalıyıq!
19.05.2010 - 13:59
“Türkiyədəki toplanışdan razı qaldım. Məqsədimiz əsasən gənc oyunçuları yoxlamaq idi. Elə Türkiyə yığması ilə matça da əsasən gəncləri buraxmışdım. Lakin onlar ümidləri tam doğrultmadılar”. Bu sözləri çimərlik futbolu üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Emil Cabbarov deyib.
Rusiya ilə oyunda məğlub olmağımıza baxmayaraq, komandanın yaxşı təsir bağışladığını qeyd edən Cabbarov əsas məqsədin Avropa çempionatına hazırlaşmaqdan ibarət olduğunu vurğulayıb: “Avropa çempionatının qrup mərhələsi çərçivəsində Çexiya və Hollandiya ilə qarşılaşacağıq. Bu dəfə mütləq birinci yeri tutmalıyıq. Başqa nəticə haqqında düşünmürük. Əslində, Türkiyədəki turnirə Almaniya və Belarus da dəvət edilmişdi. Onlar son anda turnirə qatılmaqdan imtina etdilər”.
Qeyd edək ki, ötən həftə Türkiyədə keçirilən “Alanya Cup-2010”un iştirakçısı olan yığmamız turnirdə ikinci yeri tutmuşdu. İlk iki oyunda meydan sahiblərinə 3:5, Rusiyaya 3:4 hesabı ilə uduzan Cabbarovun yetirmələri son turda Ukraynanı məğlub edərək (6:2), yalnız Rusiyadan geri qalmışdı.

0
0