Hüseynovun taleyi Adamsdan asılıdır
19.05.2010 - 14:07
“Qəbələ”də qalıb-qalmayacağım bilinmir. Çünki klubla müqaviləm başa çatıb”. Bu sözləri apasport.az saytına açıqlamasında son il yarımda “Qəbələ” klubunun formasını geyinən gənc futbolçu Vurğun Hüseynov deyib.
Milli komandanın təlim-məşq toplanışına dəvət edilən müdafiəçi “Qəbələ”də çıxış edərkən, baş məşqçi Ramiz Məmmədovun ən çox güvəndiyi futbolçulardan olub. Lakin yeni çempionatdan etibarən komandanı Toni Adams çalışdıracaq. İngiltərəli mütəxəssislə 3 illik müqavilə imzalayan klub rəhbərliyi Ramiz Məmmədovun komandada köməkçi-məşqçi kimi çalışmasına şərait yaradıb. Hüseynovun “Qəbələ”yə lazım olub-olmadığını isə Adams qərar verəcək: “Bu məsələyə 2-3 gün ərzində aydınlıq gətiriləcək. Komandada qalmaq-şansım 50-nin 50-yədir. Başqa klublardan təklif almışam. Amma ad çəkməyə ehtiyac görmürəm”.

- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0