“Qarabağ”a əcnəbi məşqçi gətirilir
19.05.2010 - 15:12
“Qarabağ”a əcnəbi məşqçi gətirilir
“Qarabağ” klubu yeni məşqçi axtarışını yekunlaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, türkiyəli Fatih Kavlakın istefasından sonra boş qalmış fiziki hazırlıq üzrə məşqçi postu yaxı günlərdə yeni sahibini tapacaq.

Çox güman ki, baş məşqçi Qurban Qurbanova bu işdə yenə əcnəbi mütəxəssis kömək edəcək. Qurbanov işini uzun müddətdir izlədiyi bir məşqçi ilə işbirliyi quracağını bildirib.

Qeyd edək ki, son iki ildə "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçi postunda tez-tez dəyişikliklər olub. Mehmet Akın ardından Fatih Kavlak da vəzifəsindən gedib. Kavlak "Qəbələ"də yeni baş məşqçi Toni Adamsın köməkçisi funksiyasını yerinə yetirəcək.