Kənan Kərimov problemlə üzləşib
19.05.2010 - 15:45
“Təəssüf ki, tez-tez zədələnirəm. Bu dəfə də ayağımda problem var. Köhnə zədəm baş qaldırıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun kapitanı Kənan Kərimov deyib.
Arxada qalan 2009/10 mövsümünün bir hissəsini zədə üzündən buraxan 34 yaşlı hücumçu yenidən müalicə olunmaq məcburiyyətindədir. Kənan mövsümlərarası fasilədə istirahət edə bilməməyinə də təəssüflənir: “Çempionatda fasilə yaransa da, mən bundan maksimum istifadə edə bilmirəm. Yaxşı müalicəyə ehtiyac duyuram. Yəqin ki, 2-3 həftədən sonra tam gücümlə məşq etmək iqtidarında olaram".
"Qəbələ" ilə müqaviləsinin müddəti artıq başa çatan Kərimov rəhbərliyin anlaşmanı uzatmaqla bağlı onunla söhbət etmədiyini bildirib: "Hələ heç nə bilinmir. Çünki çempionat yenicə başa çatıb. Yəqin ki, yaxın gələcəkdə məsələni müzakirə edəcəyik".
Qeyd edək ki, Kərimov "Qəbələ"yə klubun artıq sabiq baş məşqçisi Ramiz Məmmədovun dəvəti ilə 2008-ci ildə gəlib.

0
0