Yığmamızın rəqibi qələbə qazandı
20.05.2010 - 10:15
Yığmamızın rəqibi qələbə qazandı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Belçika yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Jorj Leekensin yetirmələri Bolqarıstan futbolçularını sınağa çəkib.

Brüsseldə keçirilən görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Baş məşqçinin təyinatdan sonrakı ilk qələbəsi belçikalılara çətin başa gəlib. Birinci hissədə qol buraxan Leekensin komandası yalnız son dəqiqələrdə məğlubiyyətdən yaxa qurtarmaqla yanaşı, qələbəni bayram edib. Qarşılaşmanın 89-cu dəqiqəsində Lepoynt, bir dəqiqə sonra isə Kompani fərqləniblər.

Qeyd edək ki, Azərbaycan və Belçika yığmaları hər iki oyunlarını gələn il keçirəcəklər. Futbolçularımız martın 29-da səfərdə, sentyabrın 2-də evdə oynayacaq.