“Azərbaycan yığması ilə oyunlarda borcumuzu yerinə yetirməliyik”
20.05.2010 - 10:28
“Avro-2012-nin seçmə mərhələsində ciddi hədəflərimiz var. Lakin düşdüyümüz qrupda bizim üçün asan olmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya Futbol İttifaqının prezidenti Leo Vindtner deyib.
Qurum rəhbəri qitə çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparacaq milli komandasının final mərhələsinə vəsiqəni necə əldə etməsinin yolunu bilir. Vindtner bunun üçün yığmamızla oyunların nəticələrinin də vacib olduğunu bildirib: “Biz realist olmalıyıq ki, Almaniya qrupun aşkar favoritidir. Türkiyə və Belçika milliləri isə ikinci olmaq üçün bizimlə mübarizə aparmalıdır. Biz onları arxada qoya bilərik. Bunun üçün Azərbaycan və Qazaxıstanla qarşılaşmalarda öz borcumuzu yerinə yetirməliyik. Bunu bacarsaq, qrupda ikinci olmaq şanslarımız böyük olacaq”.
Qeyd edək ki, Azərbaycan millisi Avstriya ilə bu il oktyabrın 8-də səfərdə, gələn il oktyabrın 7-də Bakıda görüşəcəklər.

0
0