“Yuventus”da yeni baş məşqçi!
20.05.2010 - 10:36
“Yuventus”da yeni baş məşqçi!
İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinə rəsmən Luici Del Neri təyin olunub.

59 yaşlı italyan mütəxəssis bu postda həmyerlisi Alberto Zakkeronini əvəzləyib. Del Neri son iş yeri olan “Sampdoriya” ilə ötən mövsüm 4-cü yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazanıb. Maraqlıdır ki, onun komandanı İtaliyanın bütün nəhəngləri – çempion “İnter”, gümüş və bürünc medalçılar “Roma” ilə “Milan”, habelə “Yuventus” üzərində qələbə qazanıb. Del Neri əvvəllər “Atalanta”, “Palermo”, “Roma”, “Kyevo” klublarını çalışdırıb.

Qeyd edək ki, ötən çempionatı 6-cı yerdə bitirən “Yuventus” Avroliqaya vəsiqə qazanıb.