“Azərbaycanda istedadlı futbolçuların olduğunu bilirdim”
20.05.2010 - 10:43
“Azərbaycanda istedadlı gənc futbolçuların olduğunun bilirdim. Sumqayıtda keçirilən “Top festivalı”nda bir daha əmin oldum ki, ölkənizdə istedadlı gənc futbolçular yetişir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue deyib.
Sumqayıtda başa çatan “Top festivalı” haqda fikirlərini bildirən FİFA rəsmisinin fikrincə, hətta ölkəmizdə əfsanəvi braziliyalı qadın futbolçu Marta kimilər də var: “Qızlar arasında isə Braziliya millisinin üzvü Marta kimi kifayət qədər istedadlı futbolçulara rast gəlmək olar”.
Qeyd edək ki, 24 yaşlı Marta son 4 ildə dünyanın ən yaxşı qadın futbolçusu seçilib.

0
0