Çordaşın sabiq komandası Azərbaycan yığmasını nümunə göstərdi
20.05.2010 - 10:50
Çordaşın sabiq komandası Azərbaycan yığmasını nümunə göstərdi
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Ditmar Konstantinin yetirmələri Xorvatiya futbolçuları ilə üz-üzə gəlib.

Klaqenfurt şəhərində baş tutan görüşdə qonaqlar 1:0 hesabı ilə qalib gəlib. Matçın taleyini İspaniyanın “Sportinq” klubunda çıxış edən Mate Biliç həll edib. O, 86-cı dəqiqədə fərqlənib.

Qeyd edək ki, Xorvatiya millisinin sabiq məşqçisi, 1998-ci ildə keçirilən dünya çempionatında bürünc mükafat qazanan Stepan Çordaş vaxtilə Bakının “Olimpik” klubuna rəhbərlik edib. Onun oğlu Darko isə “Neftçi”də çıxış edib.