Sissi Rayt top çiləmək arzusuna düşdü
20.05.2010 - 11:12
“Top festivalı”nı izləməkdən xüsusi zövq aldım. Sözün düzü, mən də bu uşaqlara qoşulub, top çiləməyi çox istərdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Sissi Rayt deyib.
“Top festivalı”nı izləyərkən həvəsə düşən almaniyalı mütəxəssisin top çiləmək üçün meydana çıxmasına isə müəyyən səbəblər mane olub: “İnanın, idman ayaqqabılarında olsaydım, məmnuniyyətlə iştirakçılara qoşulardım. Azərbaycana gəldiyim gündən xeyli sayda qızların oyununu izləmişəm. Burada da kifayət qədər istedadlı futbolçulara rast gəldim. Gələcəkdə komanda formalaşdıranda bu tədbirin bizə çox köməyinin dəyəcəyini düşünürəm”.
Qeyd edək ki, Sumqayıtdakı müsabiqənin qızlar arasında qalibi Nərminə İsmayılova olub.

0
0