“Atletik”dən 66-80-51 taktiki sxemi ilə unikal oyun
20.05.2010 - 11:08
İspaniyanın “Atletik” klubu unikal oyunun iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, Bilbao təmsilçisinin əfsanələrindən olan Xoseb Eçeberrianın şərəfinə təşkil olunan matçda Primero klubu yerli uşaqlardan ibarət komanda ilə qarşılaşıb.
Əvvəlcədən planlaşdırıldığı kimi, bu qarşılaşma üçün 200 futbolçu seçilib. Balacaların komandası hər hissədə 100 futbolçu ilə oynamalı idi. Birinci hissədə hər şey qayda üzrə olub. Lakin fasilədən sonra yerinə digər 100 oyunçuya verməli olanlar meydanı tərk etməyib və “Atletik” ayaqlarına dolaşan 200 nəfərlə mübarizə aparıb. Üç qapıçı ilə oynayan peşəkarların rəqibi 66-80-51 taktiki sxemi ilə oynayıb. Yəni, meydanda 66 müdafiəçi, 80 yarımmüdafiəçi və 51 hücumçu olub.
Buna baxmayaraq “Atletik” 5:3 hesabı ilə qalib gəlib.

0
0