Azərbaycan çempionu Kaxa Kaladzenin aqibətini yaşadı
20.05.2010 - 11:20
Bakının “İnter” klubunun gürcüstanlı qapıçısı Georgi Lomaya milli komandasına gedə bilməyib. Apasport.az saytının məlumatına görə, başa çatan Unibank Premyer Liqasında Azərbaycan çempionu olan təcrübəli futbolçu mayın 25-də Kamerunla Avstriyanın Lints şəhərində keçiriləcək yoldaşlıq görüşünə çağırılmışdı.
Ancaq ilkin olaraq dəvət olunan futbolçulardan 7-si müxtəlif səbəblərdən yığmanın təlim-məşq toplanışına gələ bilməyib. Onlar arasında Lomaya ilə yanaşı, yığmanın kapitanı, uzun illərdir İtaliyanın “Milan” klubunun heyətində oynayan müdafiəçi Kaxa Kaladze də var.
Qeyd edək ki, yığmanı ilk məşqə çıxaran yeni baş məşqçi Temuri Ketsbayanın Avstriyada kurort şəhərində Karpun şəhərində sərəncamında ölkə çempionatımızda oynamış bir futbolçu var. Bu, vaxtilə “Qəbələ”, indi isə vətənində “Zeastafoni” klubunda oynayan yarımmüdafiəçi Tornike Aptsiauridir.

0
0