“Mahir Şükürovla Rusiyaya getmək perspektivi haqda danışacağam”
20.05.2010 - 11:33
“Kim deyir ki, mən “Neftçi” ilə müqavilə bağlamışam? Allah haqqı belə bir şey yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.
Azərbaycan yığmasının da üzvü olan 27 yaşlı müdafiəçinin hazırkı klubu ilə müqaviləsi başa çatıb. “Neftçi”də çıxışı ilə tanınan Allahverdiyev 2008-ci ilin payızında almaniyalı baş məşqçi Hans-Yurgen Gede tərəfindən komandadan kənarlaşdırılıb. Bundan sonra il yarımdır “Qarabağ”da oynayan sol cinah müdafiəçisinin rəhbərliyi, baş məşqçisi dəyişən “ağ-qaralar”a geri dönüşü haqda xəbərlər yayılıb. Ancaq Allahverdiyev bunu təsdiqləmir: “Sağ olsunlar, təkliflərim var. Ancaq indidən heç kim deyə bilməz ki, mən “Neftçi”, yaxud hansısa başqa komanda ilə müqavilə bağlamışam. Hazırda millinin təlim-məşq toplanışına iştirak edirəm. Avstriyada üç yoldaşlıq görüşümüz var. Hazırda bütün diqqətimi yığmaya yönəltmişəm və indi klub karyeram haqda fikirləşmirəm. Tələsmək istəmirəm. Seçim etməyə vaxtım var. Yığmadan sonra hər şeyi yaxşı götür-qoy edib, qərarımı verəcəyəm”.
Allahverdiyev yığmada komanda yoldaşı olan Mahir Şükürovla söhbətləşməyi də vacib sayır. Məlum olduğu kimi, Elnur Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubuna keçmək istəyir. Müdafiəçinin sözlərinə görə, Mahiri transfer edən baş məşqçi Omari Tetradzenin vaxtında bununla bağlı ilkin razılıq olsa da, gürcü çalışdırıcının gedişi vəziyyəti dəyişdirib: “Mahir düşərgəmizə yeni gəlib, bu gün ilk məşqə çıxacaq. Onunla görüşüb, əməlli söhbətləşə bilməmişəm. Ancaq bunu mütləq edəcəyəm. Mahir dostumdur və onunla da məsləhətləşməyim lazımdır. Şükürovla Rusiya futbolunda indiki vəziyyət, ora getmək perspektivi haqda danışacağam”.

0
0