“Zimbru”da oynayacaq azərbaycanlıların adları məlum oldu
25.05.2010 - 09:28
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bernard Lippert Moldova yığması ilə yoldaşlıq oyununda güvənəcəyi futbolçuları müəyyənləşdirib. Kişinyovdakı matçda yığmamızın almaniyalı baş məşqçisinin sərəncamında 18 oyunçu olacaq: Anar Məhərrəmov, Osman Umarov, Novruz Məmmədov, Emin Mustafayev, Cavid İmamverdiyev, Rüstəm Abasov, Qara Qarayev, Tərlan Quliyev, Nodar Məmmədov, Tural Axundov, Hüseyn Axundov, Nizami Hacıyev, Şəhriyar Rəhimov, Orxan Həsənov, Emin Cəfərquliyev, Pərvin Paşayev, Şəhriyar Xəlilov, Taqim Novruzov.
Qeyd edək ki, mayın 27-də “Zimbru” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə: affa.az
Qeyd edək ki, mayın 27-də “Zimbru” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə: affa.az
0
0