Türkiyə yığması İspaniyaya qarşı
25.05.2010 - 09:46
Türkiyə yığması İspaniyaya qarşı
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Lixtenşteyndə keçirilən final mərhələsində iştirak edən yeganə Azərbaycan təmsilçisi III turda da iş başında olub. FİFA laysmanı Orxan Məmmədov İsveçrə - Fransa (1:3) görüşünün yan xətt hakimi olub. Bu, həmyerlimizin qitə birinciliyində üçüncü oyunu olub. İndiyədək o, Portuqaliya - İsveçrə (3:0) və Türkiyə - Çexiya (1:1) matçlarında da iştirak etmişdi.

Qeyd edək ki, qrup mərhələsinin son oyunlarından sonra yarışın yarımfinal cütləri müəyyənləşib. Mayın 27-də baş tutacaq qarşılaşmalarda İspaniya Türkiyə, İngiltərə isə Portuqaliya ilə görüşəcək.