“Debretsen” də Azərbaycan çempionu ilə qarşılaşa bilər
25.05.2010 - 11:25
“Debretsen” də Azərbaycan çempionu ilə qarşılaşa bilər
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcək klubların tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mübarizəyə iyulun 13-14-də başlayacaq 32 komandanın tam tərkibi məlumdur. Bura sonuncu vəsiqəni Macarıstan çempionu olan “Debretsen” klubu qazanıb.

Bununla da iyunun 21-də İsveçrənin Nyon şəhərində atılacaq püşk zamanı iştirakçıların bölünəcəyi səbətlər müəyyənləşib. Macarıstan çempionu daha yüksək reytinqə malik ilk “17-lik”də qərarlaşıb. Bu da onların digər səpələnmişlər kimi təmsilçimiz “İnter”in potensial rəqibi olmasına imkan yaradıb. Azərbaycan çempionu ilə qarşılaşa biləcək digər 16 komanda xeyli əvvəldən məlum idi ki, “Debretsen” də onların siyahısına qoşulub.

Qeyd edək ki, Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 21-də baş tutacaq. “İnter” öz oyunlarını iyulun 13/14 və 20/21-də keçirəcək.

Səpələnmişlər

Klub

Ölkə

Reytinq

Hapoel (Təl-Əviv)

İsrail

27,775

Sparta

Çexiya

27,395

Rusenborq

Norveç

23,980

Austriya (Zalsburq)

Avstriya

19,915

Liteks

Bolqarıstan

15,900

Dinamo (Zaqreb)

Xorvatiya

14,466

Partizan

Serbiya

13,800

BATE

Belarus

13,308

Lex

Polşa

11,008

Jilina

Slovakiya

10,666

Şerif

Moldova

5,458

Debretsen

Macarıstan

5,350

Omoniya

Kipr

4,599

AİK

İsveç

3,838

Bohemians

İrlandiya

2,908

Ekranas

Litva

2,683

Aktobe

Qazaxıstan

2,399



Səpələnməmişlər

Klub

Ölkə

Reytinq

HİK

Finlandiya

2,399

Levadiya

Estoniya

2,374

Metallurq (Liepaya)

Latviya

2,149

Hafnarfyordur

İslandiya

2,083

Jelezniçar

Bosniya və Herseqovina

1,749

Olimpi

Gürcüstan

1,649

Pünik

Ermənistan

1,599

Koper

Sloveniya

1,391

İNTER

AZƏRBAYCAN

1,349

Renova

Makedoniya

1,316

Dinamo (Tirana)

Albaniya

1,049

Torshavn

Farer adalrı

0,866

TNS

Uels

0,766

Linfild

Şimali İrlandiya

0,574

Jeness

Lüksemburq

0,249

I mərhələnin qalibi

 

 

I mərhələnin qalibi

 

 



Vüqar XEYRULLAYEV