“Olimpik-Şüvəlan” 22 gündən sonra başlayır
25.05.2010 - 12:08
Bakının “Olimpik-Şüvəlan” klubunun hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yeni mövsümə hazırlığı iyunun 16-da başlayacaq. Bakıda toplanacaq komanda ilk 3 gündə tibbi müayinədən keçəcək. Paytaxt futbolçuları bir həftə fiziki hazırlıq üzərində çalışdıqdan sonra ilk təlim-məşq toplanışına yollanacaq. “Olimpik-Şüvəlan”ın Quba və ya Qaxda thazırlıq keçməyi planlaşdırılır.
Nazim Süleymanov yetirmələrini ölkə daxilindəki toplanış zamanı 4 yoxlama oyununda sınayacaq. Hazırlığın ikinci mərhələsi Türkiyə, Avstriya və ya Şərqi Avropa ölkələrindən birində təşkil olunacaq.
Nazim Süleymanov yetirmələrini ölkə daxilindəki toplanış zamanı 4 yoxlama oyununda sınayacaq. Hazırlığın ikinci mərhələsi Türkiyə, Avstriya və ya Şərqi Avropa ölkələrindən birində təşkil olunacaq.
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
0
0